backend

Rusiya, ABŞ və Fransadan Dağlıq Qarabağla bağlı BƏYANAT

Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağla bağlı bəyanat qəbul edib.

Bu barədə TASS xəbər yayıb.

Bəyanatda deyilir:

“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini təmsil edən Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp və Fransa Respublikasının prezidenti Emmanuel Makron Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində şiddətin artmasını ən sərt şəkildə qınayırlar.

Həlak olanlar üçün kədərlənir, onların və yaralananların ailələrinə başsağlığı veririk.

İştirak edən tərəflərin silahlı qüvvələri arasında hərbi əməliyyatların dərhal dayandırılmasına çağırırıq.

Biz həmçinin Ermənistan və Azərbaycan liderlərini dərhal vicdanla və ATƏT-in Minsk qrupu həmsədrlərinin köməyi ilə nizamlanmanın mahiyyəti ilə bağlı danışıqları bərpa etmək üçün ilkin şərtlər qoymadan öhdəliklər götürməyə çağırırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*