backend

“Rusiya artıq müharibəni uduzub” – ABŞ-ın dövlət katibi

Rusiya müstəqil Ukrayna ərazisinə dörd aylıq genişmiqyaslı hərbi müdaxiləsindən sonra bu müharibəni uduzub.

KONKRET.az “korrespondent.net” nəşrinə istinadən xəbər verir ki, bu barədə iyunun 24-də ABŞ-ın dövlət katibi Entoni Blinken brifinq zamanı bildirib.

“Ukraynalılar inanılmaz cəsarətlə müdafiə olunur və Rusiya artıq məğlub olub. Putinin məqsədi, özünün dediyi kimi, müstəqil və suveren ölkə kimi Ukraynanı məhv etmək idi. Bu məqsəd iflasa uğradı”, – deyə o bildirib.

O, suveren və müstəqil Ukraynanın Putinin yaşamasından daha uzun müddət mövcud olacağını, Rusiya Federasiyasının isə Donbassdakı kiçik uğurlara baxmayaraq, ciddi itkilər verdiyini vurğulayıb.

“Kəşfiyyatımıza görə, rus qoşunları aşağı əhval-ruhiyyədən, yüksək ölüm nisbətindən, texnika problemlərindən və döyüş meydanındakı real vəziyyət barədə onlara məlumat verməkdən boyun qaçıran rəhbərlikdən əziyyət çəkir”, – Blinken bildirib.

Blinken əlavə edib ki, Rusiya Donbassda müəyyən uğurlar əldə etsə də, qəti qələbədən uzaqdır və əldə etdiyi nailiyyətlər ona hədsiz baha başa gəlib.

“Məlumatlara görə, işğalın əvvəlindən bəri on minlərlə rusiyalı hərbçi ölüb və ya yaralanıb. Rusiya külli miqdarda tanklarını, təyyarələrini, zirehli texnikasını itirməkdə davam edir”, – ABŞ-ın dövlət katibi qeyd edib.

O əlavə edib ki, hətta növbəti hücum zamanı Rusiya tamamilə dağıtdığı şəhərləri işğal edəcək və Ukrayna hərbçiləri özlərini effektiv şəkildə müdafiə edə biləcəkləri daha möhkəmləndirilmiş mövqelərə çəkiləcəklər.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*