Rusiya aviaşirkəti Moskva-Gəncə marşrutu üzrə uçuşların sayını artırdıbackend

Rusiya aviaşirkəti Moskva-Gəncə marşrutu üzrə uçuşların sayını artırdı

Rusiyanın “UTair” aviaşirkəti Moskva-Gəncə marşrutu üzrə uçuşların həftəlik sayını 3-dən 5-ə çatdırıb.

KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əlavə aviareyslər hər həftənin çərşənbə axşamı və şənbə günləri həyata keçirilir.

Hazırda “UTair” Moskvadan Gəncə ilə yanaşı, Naxçıvana, eləcə də Ufadan Bakıya uçuşlar yerinə yetirir.

“Uçuşların sayını artırırıq ki, sərnişinlərimiz sərbəst səyahət edə bilsinlər”,- deyə aviaşirkətin prezidenti Oleq Semenov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*