Rusiya Avropaya qaz nəqlini DAYANDIRIRbackend

Rusiya Avropaya qaz nəqlini DAYANDIRIR

Rusiya Avropaya qaz şantajını davam etdirir.

KONKRET.az xəbər verir ki, Rusiya Yamal-Avropa qaz kəməri ilə qaz nəqlini dayandırır. Bundan əvvəl Avropa ölkələri Rusiyaya qaz tədarükünün haqqını rublla ödəməkdən imtina edib.

Rusiya qazının pulunu rublla ödəməkdən imtina etdikdən sonra yanacaq tədarükü azalmağa başlayıb. Xüsusilə, Malnov məntəqəsində (Almaniya) Yamal-Avropa qaz kəməri ilə (Belarus və Polşadan Almaniyaya keçir) Rusiya Federasiyasından Aİ-yə qaz axını sıfıra enib.

Digər iki əsas “boru” marşrutu üzrə çatdırılmalar ümumi olaraq sabit qalır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*