Rusiya hərbi təyyarəsi hava döyüşü zamanı Ukraynaya məxsus “Su-24″ü vurub.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib.
O bildirib ki, Ukrayna Su-24-ü Ukrayna-Belarus sərhədi yaxınlığında hədəf alınıb:
“Rivne vilayətinin Tümen qəsəbəsi ərazisində, Ukrayna-Belarus sərhədi yaxınlığında, Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus “Su-24″ təyyarəsi məhv edilib”.
Konaşenkovun sözlərinə görə, Rusiya hava hücumundan müdafiə sistemləri bir sutka ərzində İzyum, Novaya Kaxovka, Donetsk, Nikolaev, Berdyansk, Qorlovka, Luqansk və Rubijne bölgələrində Ukraynaya məxsus 10 pilotsuz uçuş aparatını (PUA) sıradan çıxarıb.
Vəsilə İbrahim,
KONKRET.az
