“Rusiya BMT Təhlükəsizlik Şurasından kənarlaşdırıla bilməz” – ABŞ rəsmisindən İLGİNC AÇIQLAMAbackend

“Rusiya BMT Təhlükəsizlik Şurasından kənarlaşdırıla bilməz” – ABŞ rəsmisindən İLGİNC AÇIQLAMA

ABŞ nümayəndəsi Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılmasının mümkünsüzlüyünü etiraf edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfildin sözlərinə görə, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan məhrum edilə bilməz:

“Rusiya Təhlükəsizlik Şurasının daimi üzvüdür. Biz bunu dəyişə bilmərik. Amma biz Kremli bu mövqedə təcrid edə bilərik. Və biz onları Təhlükəsizlik Şurasından təcrid etdik” – Qrinfild vurğulayıb.

ABŞ nümayəndəsi hesab edir ki, Vaşinqton təşkilatı təkmilləşdirməyə çalışmalı və təzyiq göstərmək üçün bu qurumdan istifadəyə davam etməlidir.

Xatırladaq ki, daha öncə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın BMT Təhlükəsizlik Şurasından kənarlaşdırılmasının mümkün olmayacağını deyib. O, belə bir prosedurun mövcud olmadığını diqqətə çatdırıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*