Rusiya Bosniyanı “Ukrayna senarisi”nin təkrarı ilə hədələyib.
KONKRET.az xəbər verir ki, bu barədə “Balkan Observer” məlumat yayıb. Bosniya və Herseqovina 2010-cu ildə NATO tərəfindən Üzvlük Fəaliyyət Planına (MAP) qoşulmaq üçün dəvət olunub.
Rusiyanın Bosniya və Herseqovinadakı səfiri İqor Kalabuxov sonuncu ölkəni Moskvanın NATO-ya üzv olmaq niyyətlərinə cavab vermək hüququ ilə hədələyib.
“Ukraynanın timsalında biz nə gözlədiyimizi göstərdik. Əgər təhlükə olarsa, reaksiya verəcəyik”, – deyə Kalabuxov Bosniya telekanalının efirində deyib.
Rusiya səfirinin sözlərinə görə, hazırda Rusiyanın BH ilə bağlı fəaliyyət planı yoxdur və Moskva buna “strateji və geosiyasi vəziyyəti təhlil etməklə” reaksiya verəcək.
Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Zeljko Komsiç Rusiyanın Bosniya və Herseqovinadakı səfirinin bəyanatını pisləyib.
“Mən Rusiya Federasiyasının BH-dəki səfirinin Bosniya və Herseqovinanın NATO-ya daxil olma ehtimalını şərh edərkən ifadə etdiyi təhdidlərini qətiyyətlə pisləyirəm”, – deyə Komşiç vurğulayıb.
BH Rəyasət Heyətinin sədri vurğulayıb ki, “Rusiya səfirinin Rusiyanın təcavüz etdiyi Ukraynanı nümunə göstərərək Rusiyanın reaksiyasının ardınca gedəcəyi ilə bağlı mesajı birmənalı, lakin eyni zamanda Bosniya və Herseqovina üçün qəbuledilməzdir”.
Komşiç qeyd edib ki, Bosniya və Herseqovinanın NATO-ya qoşulma qərarı yalnız Bosniya və Herseqovina qurumlarının qərarı ola bilər, “Bosniya və Herseqovina hücumu üçün səbəb” deyil.
Bosniya və Herseqovina 2010-cu ildə NATO tərəfindən Üzvlük Fəaliyyət Planına (MAP) qoşulmaq üçün dəvət olunub. BH-nin Serb hissəsi olan Serb Respublikası isə 2017-ci ildə hərbi neytrallığını elan edib.
Xatırladaq ki, Ukraynanın NATO-ya üzv olmaq istəyinə görə, Rusiya minlərlə insanın qurban getdiyi genişmiqyaslı müharibəyə başlayıb.
Xuraman Etibarlı,
KONKRET.az
