Rusiya Sülh Fondu Latviyada rus kanallarının bağlanması ilə əlaqədar olaraq BMT və ATƏT-ə şikayət edib.
KONKRET.az xəbər verir ki, bu barədə təşkilatın vitse-prezidenti Yelena Sutormina məlumat verib.
“Latviya rəsmilərinin nəyin bahasına olursa-olsun Rusiya və rusdilli kütləvi informasiya vasitələrini silməyə, media məkanını ruslarla əlaqəli hər şeydən təmizləməyə çalışdığını görürük”, – Sutormina bildirib.
