Rusiya bu ölkəyə humanitar yardım aparılması qərarına VETO QOYDUbackend

Rusiya bu ölkəyə humanitar yardım aparılması qərarına VETO QOYDU

Rusiya BMT Təhlükəsizlik Şurasında Suriyaya transsərhəd yardım mexanizminin uzadılmasına dair Qərbin qətnamə layihəsinə səsvermə zamanı veto hüququndan istifadə edib.

KONKRET.az bu barədə TASS-a istinadən xəbər verir.

Çin səsvermədə bitərəf qalıb, Təhlükəsizlik Şurasının qalan üzvləri layihəni dəstəkləyib.

İrlandiya və Norveç tərəfindən hazırlanan sənəddə mexanizmin bir il – 2023-cü ilin iyul ayına qədər davam etdirilməsi nəzərdə tutulurdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*