Rusiya Buçada baş verənlərə görə cəzasız qalacaq? – Proses mürəkkəbdirbackend

Rusiya Buçada baş verənlərə görə cəzasız qalacaq? - Proses mürəkkəbdir

Dünya Rusiyanın Buçadakı qətliamından danışır, yəqin ki, Mariopolda bundan da dəhşətli mənzərələr var. Lakin Rusiyanın beynəlxalq məhkəmələrdə buna görə cəzalandırılacağı hələ də sual altındadır, çünki proses mürəkkəbdir: Rusiya Beynəlxalq Ədalət Məhkəməsinin yurisdikasiyasını dəstəkləməyib, yəni veriləcək qərarlar Rusiya tərəfindən icra edilmir; qərarın icrası BMT Təhlükəsizlik Şurasına həvalə edilsə belə, Rusiya veto hüququndan istifadə edəcək.

KONKRET.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı Buçadakı qətliamlarla bağlı qeyd eidb.

“Cəza üçün Rusiyanın da qoşulduğu Soyqırım Konveniyası işləyə bilər. Bunu da dünya qəbul etmir, misal üçün, Bayden Buçada olanları soyqırım yox, müharibə cinayəti adlandırır.

Rusiyanın itirdiyi imicdir, bu da onlar üçün çox da vacib deyil”, – o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*