KONKRET.AZ erməni mediasına istinadla xəbər verir ki, “Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin mətbuat xidmətinin katibi Ruben Qrdzlyan mətbuatda gedən məlumatlara yalnız onu bildirib: “Bu məlumatı şərh etmirik!”
Daha əvvəl Rusiya nəqliyyat nazirinin müavini Vladimir Tokarev Ermənistan tərəfinin üzərinə düşdüyü öhdəliklərə riayət etmədiyiniı bildirmişdi: “10 ildə bütün sənədlər ələ keçirildi, sübut olunmamış ittihamlar irəli sürüldü və sonrakı əməkdaşlığa heç bir təminat verilmədi”.
“Əlimizdə pozuntularla bağlı kifayət qədər arqumentlərimiz var. Eyni zamanda müqavilə şərtlərinin yerinə yetirilməsinə dair öhdəliklər nəzərə alınmır”, – deyə Tokarev bildirib.
O, həmçinin Rusiya tərəfinin “Ermənistanın Dəmir Yolları”-nın idarə olunması ilə bağlı sazişin vaxtından əvvəl ləğvi ilə bağlı “məsələnin ciddi şəkildə araşdırılmasına” başladığını təsdiqləyib.
Erməni tərəfi “Cənubi Qafqaz Dəmir Yolu” ilə bağlı istintaqın qanuniliyini israrla davam etdirir. Ermənistanın Baş naziri Nikol Paşinyan respublikanın maraqlarını qorumaq üçün yoxlamaların aparıldığını qeyd edib və rusiyalı tərəfdaşlarla aktiv danışıqların aparıldığını əlavə edib.
Xatırladaq ki, “Cənubi Qafqaz Dəmir Yolu” 2008-ci ildə “Ermənistan Dəmir Yolları”nın “Rusiya Dəmir Yolları”nın balansına verilərkən belə bir şirkət yaranıb.
Müqavilənin şərtlərinə görə, Rusiyanın aidiyyəti qurumu 30 il ərzində “Ermənistan Dəmir Yolları”nı idarə edə bilər.
Tərəflərdən biri öhdəliklərini kobud şəkildə yerinə yetirmədiyi təqdirdə qarşı tərəf müqavilənin ləğvinə təşəbbüs göstərə bilər.
KONKRET.AZ
