“Rusiya düşündüyümüz qonşu deyilmiş”.
KONKRET.az xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Sanna Marin deyib. O bildirib ki, ölkənin NATO-ya daxil olması məsələsi bu yaz həll edilməlidir.
Marinin sözlərinə görə, Rusiyanın Ukraynaya hərbi təcavüzü Finlandiyanı təhlükəsizlik siyasətinə yenidən baxmağa məcbur edib.
Marin “Rusiya düşündüyümüz qonşu deyil” deyib.
Baş nazir vurğulayıb ki, Finlandiyanın hərbi öhdəliklərlə bağlı mövqeyinə ciddi şəkildə yenidən baxmasının vaxtı çatıb.
“NATO-ya üzvlüklə bağlı istənilən qərar tez, əslində, bu yaz qəbul edilməlidir”, – deyə o, Sosial Demokrat Partiyasının rəhbərliyi qarşısında çıxışında deyib.
Xatırladaq ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra Finlandiya vətəndaşları ölkənin NATO-ya daxil olması üçün petisiya imzalayıblar. Hələ yanvar ayından Finlandiya Alyansa qoşulmağı planlaşdırıb.
Sonra Rusiya Federasiyası onları NATO-ya daxil olmağa cəhd edərlərsə, “ciddi nəticələrlə” hədələyib.
Xuraman Etibarlı,
KONKRET.az
