“Rusiya Ərdoğanın Qarabağda möhkəmlənmək cəhdinə belə cavab verib” – Politoloq detalları açıqladıbackend

"Rusiya Ərdoğanın Qarabağda möhkəmlənmək cəhdinə belə cavab verib" - Politoloq detalları açıqladı

“Qarabağda sülhməramlıların taleyi məsələsində Rusiyanın Türkiyədən asılılığının artması nəzərə alınacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə politoloq, Cənubi Qafqaz məsələləri üzrə ekspert Andrey Areşev danışıb.

O, bildirib ki, hadisələr, o cümlədən Rusiya ətrafında və Rusiya daxilində baş verənlər, yaxın illərdə çox qeyri-müəyyən və fərqli şəkildə cərəyan edə bilər.

“2025-ci ilə qədər Rusiyanın hansı vəziyyətdə olacağını bilmirik. Qarabağdakı sülhməramlı missiyasının müddətinin uzadılıb-uzadılmaması məsələsi son anda da həll olunacaq” – deyə politoloq bildirib.

Areşev əmin edib ki, Azərbaycan rəhbərliyini razılığa inandırmaq üçün ciddi səylər göstərilib.

“Biz xatırlayırıq ki, Türkiyə də Qarabağda sülhməramlı kimi iştirak etmək istəyirdi, lakin Rusiya Ərdoğanın Qarabağda möhkəmlənmək israrını keçmiş DQMV-nin inzibati hüdudlarından kənarda formal monitorinq mərkəzinə çevirə bildi” – deyə ekspert əlavə edib.

Rusiyanın Türkiyədən ciddi şəkildə asılılığını nəzərə alsaq, 2025-ci ildə bu məsələ necə həll olunacaq sualına isə Areşev belə cavab verib:

“Azərbaycanın əsas müttəfiqi, tərəfdaşı və himayədarı olan Türkiyədən ticarət, iqtisadi, logistika və digər sahələrdə asılılıq ciddi şəkildə artıb. Hesab edirəm ki, 2025-ci ildə bu, şübhəsiz ki, nəzərə alınacaq. Amma hazırda mən Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyasına alternativ görmürəm”, – deyə politoloq fikrini bitirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*