Rusiya Ermənistan və Qazaxıstandakı bir sıra müəssisələrin mallarının idxalına qadağa tətbiq etdibackend

Rusiya Ermənistan və Qazaxıstandakı bir sıra müəssisələrin mallarının idxalına qadağa tətbiq etdi

Rusiya Ermənistan və Qazaxıstandakı bir sıra müəssisələrin mallarının idxalına qadağa tətbiq edib. Konkret.az erməni mediasına istinadən xəbər verir ki, sentyabrın 5-dən etibarən Rusiya baytarlıq və sanitariya tələblərini pozduğuna görə Ermənistan və Qazaxıstandakı bəzi müəssisələrin məhsullarının tədarükünə qadağa tətbiq olunub. Bu barədə Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti (“Rosselxoznadzor”) bildirib.

Xidmətdən qeyd ediblər ki, Ermənistandan Rusiyaya ət məhsulları tədarük edən “Goytex” MMC bu hüquqdan məhrum edilib. Qida təhlükəsizliyi üzrə mütəxəssislər ki, bu istehsalçının balığında zərərli məhlul aşkar ediblər.

Qazaxıstanın “Zinçenko & K” -ını istehsal etdiyi süd və süd məhsullarıda isə insan orqanizmi üçün zərərli olan bakteriyalar (koliformalar) tapılıb. Buna görə şirkətə də sözügedən məhdudiyyətlər tətbiq edilib.

Xidmət eyni zamanda Ermənistandakı iki balıqçılıq müəssisəsi və Qazaxıstanda isə 3 süd, ət və balıq istehsal edən müəssisənin məhsullarının idxalına qadağalar qoyub.

Hazırladı: Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*