Qazaxıstan hesab edir ki, ilk növbədə Ermənistandakı hadisələr məhz Qarabağ problemi və ondan irəli gələn müxtəlif amillərlə bağlı baş verir.
KONKRET.az xəbər verir ki, bu sözləri siyasi analitik Kazbek Baysebayev deyib.
“İrəvan Rusiya ilə münasibətləri korlamaq üçün hər şeyi edib və indi onu bütün günahlarda ittiham edir”, – deyə ekspert vurğulayıb.
“Rusiya təkcə Ermənistanın təhlükəsizliyinin deyil, həm də bir dövlət kimi mövcudluğunun qarantı idi. Ona görə də yeni etirazların olub-olmayacağı, erməni müxalifətinin baş nazir Paşinyanı vəzifəsindən uzaqlaşdıra bilib-bilməyəcəyi Ermənistanın və ermənilərin daxili işidir. Deyə bilərik ki, Ermənistanın problemləri artıq heç kimi maraqlandırmır və bu ölkə bütün problemləri ilə baş-başa qalıb”, – deyə Baysebayev qeyd edib.
Mövzu ilə bağlı Gürcüstan prezidentinin xarici siyasət üzrə keçmiş müşaviri, analitik Tengiz Pxaladze isə qeyd edib ki, sual, əlbəttə ki, çox mürəkkəbdir və yəqin ki, heç kim buna birmənalı cavab verə bilməz.
Ariz Həsənoğlu,
KONKRET.az