“Rusiya geri çəkilmək taktikası ilə Donbasa hücuma hazırlaşır” – NATObackend

"Rusiya geri çəkilmək taktikası ilə Donbasa hücuma hazırlaşır" - NATO

“Rusiyanın Ukraynada kimyəvi silahdan istifadəsi qəbulolunmazdır”.

KONKRET.az “Habertürk”ə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

Baş katib bildirib ki, Rusiya Ukrayna məsələsi ilə bağlı gərginliyi azaltmaq istəmir. Onun məqsədi geri çəkilmək taktikası ilə güc toplamaqdır:

“Rusiya geri çəkilmir, güc toplayır. Hərbçilərini yenidən qruplaşdırır. Kiyev və başqa Ukrayna şəhərlərinə təzyiq edir.Ukraynada daha çox itkilərə səbəb olacaq yeni hücumlar gözlənilir. Rusiya Donbasa hücuma hazırlaşır”.

Stoltenberq eyni zamanda Rusiya-Ukrayna danışıqlarında oynadığı mühüm rola görə Ankaraya təşəkkür edib:

“Rusiya-Ukrayna görüşünə ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür edirəm”.

 

Vəsilə İbrahim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*