Rusiya hərbçiləri Ukraynanın Nikolayev vilayət administrasiyasının binasına qanadlı raket zərbəsi endirib.
KONKRET.az Ukrainskaya Pravda-ya istinadən xəbər verir ki, bu barədə şəhər meri Vitali Kim bildirib.
Onun sözlərinə görə, hadisə yerinə xilasedicilər cəlb olunub. Dağıntılar altında 3 hərbçi və 8 mülki vətəndaş qalıb.
Vəsilə İbrahim,
KONKRET.az
