Rusiya Hindistan üçün S-400-ün istehsalına başladıbackend

Rusiya Hindistan üçün S-400-ün istehsalına başladı

Rusiyanın sənaye və ticarət naziri Denis Manturov bildirib ki, Rusiya Hindistan üçün S-400 zenit raketlərinin istehsalına başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi yayıb.

Onun sözlərinə görə, raketlərin hazırlanması ilə “Almaz-Antey” konserni məşğul olacaq.

Gözlənilir ki, Rusiya S-400-ü Hindistana müqavilədə nəzərdə tutulan müddətdə göndərəcək.

“Ümumilikdə, tərəflərin üzərinə götürdüyü bütün öhdəliklər, o cümlədən ödəniş tam həcmdə yerinə yetirilir”, — Manturov bildirib.

O, əlavə edib ki, Hindistanda bununla bağlı tədris mərkəzi yaradılacaq.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*