Rusiya ilə bağlı ŞOK PROQNOZLAR – Messinqbackend

Rusiya ilə bağlı ŞOK PROQNOZLAR - Messinq

Messinqin Rusiya ilə bağlı proqnozları gerçəkləşir.

KONKRET.az xəbər verir ki, 20-ci əsrin ən məşhur öncəgörücüsü Volf Messinqin proqnozları özünü doğrultmağa başlayıb. Messinq xəbərdarlıq edib ki, pələng ilində Rusiya döyüşə girməməlidir. O, Rusiyadan hər kəsin üz döndərəcəyini iddia edib. Ölkə tək, qardaşsız, müttəfiqsiz, köməksiz və dayaqsız qalacaq, müdrik, vicdanlı, hörmətli bir lider hakimiyyətə gələnə qədər də belə olacaq.

Volf Messing – İosif Stalinin hörmət, Hitlerin isə nifrət etdiyi psixoloq, hipnozçu və ekstrasensdir. Ö, Rusiyanın 21-ci əsrdə gələcəyini proqnozlaşdırıb. Öncəgörücüyə görə, ABŞ güc və təsirini itirəcək, ikinci plana keçəcək.

Volf Messing-in 2022-ci il üçün heyrətamiz proqnozları artıq gerçəkləşməyə başlayıb.

Messinqin proqnozları:
– XXI əsrin birinci yarısında kiçik münaqişə ucbatından dünya böhranı baş verəcək və bu, bütün planetdə dağıntılara səbəb olacaq.

– Ölkələr arasında böyük bir müharibə ola bilər və bomba hücumu ilə təhrik ediləcək. Rusiya bu münaqişədə əsas iştirakçı kimi iştirak etməyəcək.

– Əsrin ortalarına qədər ABŞ əvvəlki nüfuzunu itirəcək və daha heç kimin fikrini dinləməyəcəyi bir ölkəyə çevriləcək.

– Rusiyanı güclü sarsıntı, iqtisadi və siyasi mənfi dəyişikliklər gözləyir. Hər şey bitdikdən sonra ölkə yeni cığırlara qədəm qoyacaq və çiçəklənmə dövrü başlayacaq.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*