“Rusiya Kiyevin mühasirəsindən müvəqqəti əl çəkib, Çernobıl AES-ə qoşun yığır” – Ukrayna Baş Qərargahıbackend

"Rusiya Kiyevin mühasirəsindən müvəqqəti əl çəkib, Çernobıl AES-ə qoşun yığır" - Ukrayna Baş Qərargahı

“Rusiya Çernobıl Atom Elektrik Stansiyasının ərazisinə işğalçı qoşunlar cəmləşdirir”.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya Kiyevin mühasirəsindən müvəqqəti olaraq əl çəkib. Donetsk və Tavria istiqamətlərində qoşunların maddi-texniki təminatı sistemini qurur. İvankov qəsəbəsindən Çernobıl AES istiqamətində düşmən texnikasının qarışıq kolonlarının hərəkəti qeydə alınır. Polesse istiqamətində, Ukraynanın Belarusla dövlət sərhədi boyunca düşmən qoşunlarının hərəkəti müşahidə olunur.

Xatırladaq ki, dünən İstanbuldakı görüşdən sonra Rusiya qoşunlarının bir hissəsini Kiyev və Çerniqov vilayətindən çıxarmışdı.

 

Vəsilə İbrahim,

KONKRET.az

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*