“Rusiya ölkəmizə yeni qüvvələr toplayır” – Zelenski Norveçdən KÖMƏK İSTƏDİbackend

“Rusiya ölkəmizə yeni qüvvələr toplayır” - Zelenski Norveçdən KÖMƏK İSTƏDİ

“Rusiya ölkəmizə yeni qüvvələr toplayır”.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna dövlət başçısı Norveç parlamentinə müraciətində deyib.

Zelenski Norveç hakimiyyətindən Ukrayna Silahlı Qüvvələrini zirehli texnika və artilleriya sistemlərini məhv etmək üçün vasitələrlə təmin etməyi xahiş edib.

Prezident Volodimir Zelenski Norveçdən Ukraynaya gəmi əleyhinə silahlar, “Harpun” raketləri və hava hücumundan müdafiə sistemləri verməsini istəyib.

“Müharibə davam edir. Rusiya bizi məhv etməyə, ukraynalıları qırmağa davam etmək üçün torpaqlarımıza yeni qüvvələr ötürür. Biz müharibəni dayandırmaq üçün daha çox iş görməliyik. Əsas silahdır. Mən konkret danışacağam. Biz  insanlarımızı, konkret şəhərləri itiririk, onlar dağıdılır. Ona görə də mən bizə lazım olanları, xüsusən də gəmi əleyhinə silahları, “Harpun” raketlərini, eləcə də NASAMS hava hücumundan müdafiə sistemlərini bildirmək istəyirəm. Bundan əlavə, zirehli texnikaları, artilleriya sistemlərini məhv etmək üçün vasitələrə ehtiyacımız var”, – deyə Zelenski vurğulayıb.

“Bizə kömək edə biləcəyiniz bütün silahlar yalnız bizim azadlığımızı qorumaq üçün istifadə olunacaq”, – deyə Zelenski yekunlaşdırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*