Rusiya ordusunun Xersondan biabırçı qaçışı Skabeyevanı KƏDƏRLƏNDİRDİ – VİDEObackend

Rusiya ordusunun Xersondan biabırçı qaçışı Skabeyevanı KƏDƏRLƏNDİRDİ - VİDEO

Rusların Xersondan qaçması səbəbindən Skabeyeva kədərlənib.

KONKRET.az xəbər verir ki, “Rossiya 1” telekanalının efirində Olqa Skabeyeva Ukrayna bayrağının Xersona qaytarılmasından məyusluqla danışıb. O, rus ordusunun hərəkətlərinə haqq qazandırmağa çalışıb.

Putinin güclü “rupor”larından olan aparıcı Rusiyanın Dnepr çayının sağ sahilində döyüş sursatları ilə bağlı problemlərdən şikayətlənib.

“Dərhal deyəcəyəm ki, zəmanə çətindir, hamı başa düşür. Biz Xersona görə narahatıq. Qərar verilib, qərar mürəkkəbdir. Bizə dedilər ki, bu, Rusiya ordusunu xilas etmək istəyi ilə bağlıdır. Ordu olmadan, yeni qələbələrə ümid etmək mümkün deyil”, – Skabeyeva deyib.

Onun sözlərinə görə, Rusiya ordusu “sursat da daxil olmaqla təchizatla bağlı problemlərə” görə Xersondan biabırçı şəkildə qaçıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*