Rusiyanın Qara dəniz donanmasının 20-dən çox hərbi gəmisi Qara dənizdə hərbi təlimlərə başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Qara dənizdə keçiriləcək təlimdə iştirak etmək üçün donanmanın 20-dən çox gəmisi dənizə çıxıb. Gəmilər, döyüş katerləri və Qara dəniz donanmasının yardımçı gəmiləri Sevastopol və Novorossiysk bazalarını tərk edərək təyin olunmuş ərazilərə yollanıblar”, – məlumatda qeyd olunub.
