“Rusiya qazına görə ödənişi rublla etməyəcəyik” – İtaliya şirkətindən AÇIQLAMA – ÖZƏLbackend

"Rusiya qazına görə ödənişi rublla etməyəcəyik" - İtaliya şirkətindən AÇIQLAMA - ÖZƏL

“İtaliyanın “Eni” neft-qaz qrupu Rusiya qazına görə ödənişi rublla ödəməyəcək. Çünki şirkətin bunu etmək imkanı yoxdur.

KONKRET.az xarici mediaya istnadən xəbər verir ki, bu barədə BƏƏ-də keçirilən Qlobal Enerji Forumunda çıxışı zamanı şirkətin rəhbəri Klaudio Deskalzi bildirib. Onun sözlərinə görə, Rusiyanın tələbi ödənişləri avro ilə müəyyən olunan müqavilədə nəzərdə tutulmayıb. Bu səbəbdən də birtərəfli qaydada irəli sürülə bilməz:

“Belə bir dəyişiklik üçün razılaşma olmalıdır. Bəli, indi Rusiyadan qaz İtaliyaya Ukrayna ərazisindən ötürülür. Amma biz gələcək tədarükdən əmin deyilik” – şirkət rəhbəri vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl “Eni” Rusiyadan xam neftin tədarükü üçün yeni müqavilələrin bağlanmasını dayandırmışdı. Şirkət Rusiya neftini beynəlxalq bazarda əvəz etmək niyyətindədir. Şirkətin məlumatına görə, 2021-ci ildə xam neftin 18 faizi Rusiyadan emal edilib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin təbii qaza görə ödənişlərin rublla tələb edilməsi haqda hökumətə tapşırıq verib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*