Rusiya qırıcısı ABŞ təyyarəsinin önünü kəsdi – VİDEObackend

Rusiya qırıcısı ABŞ təyyarəsinin önünü kəsdi - VİDEO

Rusiyanın MiQ-31 qırıcısının ABŞ-ın RC-135 kəşfiyyat təyyarəsinin önünü kəsməsini əks etdirən video yayılıb.

KONKRET.az xəbər verir ki, video Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirilib.

Qeyd olunub ki, Sakit okeanda Rusiya sularına yaxınlaşan hədəf aşkarlanıb. Buna görə də Rusiyanın MiQ-31-i havaya qalxıb və ABŞ kəşfiyyat təyyarəsini müşayiət edib.

MiQ-31-in yaxınlaşmasından sonra ABŞ təyyarəsi geri dönüb. Rusiya sərhədinin pozulmadığı bildirilib.

Rusiya MN MiQ-31-in beynəlxalq qaydalara uyğun uçuş həyata keçirdiyini iddia edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*