Rusiya qorxuya düşüb – Putin üçün geriyə yol varmı? – “Daily Express” nəşribackend

Rusiya qorxuya düşüb - Putin üçün geriyə yol varmı? - "Daily Express" nəşri

“Rusiyanın Birləşmiş Krallıq ordusunun potensialı və İngilis ordusunun köklü yenidən qurulması ilə bağlı “həqiqi qorxuları” var”.

KONKRET.az xəbər verir ki, bu fikirlər Böyük Britaniyanın Daily Express nəşrində gedən məqalədə deyilir.

Nəşr yazır ki, İngiltərə 21-ci əsrin strategiyası və taktikalarına yenidən diqqət yetirir, Soyuq Müharibədən sonra yeni xətt müəyyənləşdirilib. Təhlükəsizlik, Müdafiə, İnkişaf və Xarici Siyasətin İnteqral Rəyində göstərilir ki, silahlı qüvvələrin sayı 10 min azaldılsa da, köhnəlmiş texnikalar sıradan çıxarılmalı, kiber məkanda müharibə vasitələrinin inkişafına investisiyalar artırılmalıdır.

Hərbi ekspert Lord Riçards Xerdtmonso vurğulayıb ki, bu dəyişikliklərin əsas məqsədi Rusiya və Çin işğalına qarşıdır.

Məqalədə bildirilir ki, mart ayında İcmalar Palatasının Müdafiə Komitəsi İngilis Ordusunun köhnəlmiş tankları və zirehli maşınlarının Rusiya qüvvələri ilə hər hansı bir qarşılaşmada məğlub olma ehtimalı olduğunu bildirən bir hesabat yayımlamışdı.

Rusiya üzrə mütəxəssis, Slavyan və Şərqi Avropa Araşdırmaları Məktəbinin professoru Mark Qaleotti deyir ki, Birləşmiş Krallığın hansısa ölkə tərəfindən işğalı riski yoxdur. Amma silahlı qüvvələrin gücünün azalması düşmənləri həvəsə gətirə bilər.

Mark Qaleotti onu da qeyd edib ki, Rusiya kimi ölkələr İngilis qüvvələrinin dünyanın müxtəlif bölgələrinə nə qədər “sürətli və səmərəli” yerləşdirilə biləcəyindən çox ehtiyatlanır: “Britaniya potensial qarşıdurmaların qarşısını almaq üçün kifayət qədər hərbi gücə malik olmaq istəyir. Bu da o deməkdir ki, ingilislər qlobal mövqelərini qorumaqda iddialıdır. Bu baxımdan Rusiyanın Birləşmiş Krallıq ordusu ilə bağlı əsl narahatlığı İngilis ərazisindən uzaq və sürətli bir şəkildə yerləşmə qabiliyyəti ilə əlaqədardır. Ruslar yüksək texnologiyalara yatırılan investisiyaların artırılmasını diqqətlə izləyirlər”.

Qeyd edək ki, artıq İngiltərə nüvə başlığı limitini 40% -ə, yəni 240-a qədər artırıb. Bəzi təxminlərə görə hər belə döyüş başlığı 100 kilotonluq partlayıcı gücə malikdir.

Bəzi məlumatlara görə, hazırda Rusiyanın silah arsenalında 6000-dən çox nüvə başlığı var. Dünyadakı ikinci yeri təxminən 5.8 min döyüş başlığı olan ABŞ tutur. Qaleottiyə görə, “Moskva hesab edir ki, ingilislər amerikalılarla sıx əməkdaşlıq nəticəsində nüvə potensialını artıra bilər. Dolayısı ilə Kreml İngiltərənin hələ də nüvə gücü olmasına ciddi yanaşdığını nümayiş etdirir. Qeyd edək ki, Britaniyanın müdafiə naziri Ben Uolles martın 22-də İcmalar Palatasında geniş bir araşdırma təqdim etdi. Həmin hesabata görə, 3 milyard funt sterlinq yeni döyüş maşınları, uzun mənzilli raket sistemləri, pilotsuz təyyarələr və elektron müharibə və kiber məkan müharibələri üçün nəzərdə tutulub.

O da qeyd olunub ki, ingilis Hava Qüvvələrinə məxsus bir neçə təyyarə və ən köhnə Chinook vertolyotları, 227 Challenger tankının təxminən üçdə biri istismardan çıxarılacaq və qalan tanklar 1,3 milyard funt sterlinq müqabilindı modernləşdiriləcək. Ben Uolles əlavə edb ki, “Bu dəyişikliklər ixtisar tələb etməyəcək və qüvvələrimizin daha inteqrasiya və səmərəli olmasını təmin edəcək”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*