Rusiya qoşunlarını Kiyev və Çerniqovdan hara köçürüb? – Ukrayna rəsmisindən AÇIQLAMAbackend

Rusiya qoşunlarını Kiyev və Çerniqovdan hara köçürüb? - Ukrayna rəsmisindən AÇIQLAMA

Rusiyanın Kiyev və Çerniqov vilayətlərindən çıxardığı bölmələrin bir hissəsi Xarkov və Donetsk istiqamətlərinə yerləşdirilib.

KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Düşmən Ukraynaya təzyiq etmək üçün həmin ərazilərdə mövqeyini möhkəmləndirir” – deyə Danilov əlavə edib.

Qeyd edək ki, dünən İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsi başa çatdıqdan sonra Rusiya qoşunlarını Kiyev və Çerniqov yaxınlığından geri çəkdiyini açıqlayıb. 

Günel Mikayıl,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*