“Moskva Vaşinqtonla aktiv danışıqlar aparmır”.
KONKRET.az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
“İndi əlbəttə ki, ABŞ-la aktiv danışıqlar prosesi yoxdur. Hazırda tərəflər arasında ayrı-ayrılıqda yaranan problemlər üzrə ayrı-ayrı əlaqələr var”- o qeyd edib.
M.Zaxarova həmçinin Ukraynaya muzdlu qoşun və silah göndərən ölkələrə xəbərdarlıq edib: “Ukraynaya silah və qoşun göndərilməsi bu ölkənin dünyadakı səfirliklikləri vasitəsilə baş tutur. Həmin ölkələr öz əlləri ilə özlərniə təhlükə yaradırlar. Bu, bütün dünya dövlətlərinə aiddir”
