Rusiya səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Bildirilib ki, Kişinyov iki Rusiya pilotsuz aparatının Moldova ərazisində düşməsi ilə bağlı iddialarından sonra Rusiya səfirini XİN-ə çağırıb.
Qeyd edək ki, Moldova Xarici İşlər Nazirliyi respublikanın cənubunda və şimalında tapılan iki PUA-nın Rusiya ərazisindən buraxılması ilə bağlı bəyanat yayıb.
Moldova mətbuatının yazdığına görə, PUA-lar partlayıcılarla təchiz olunmayıb.//APA