Rusiya səfiri: “NATO bizimlə ciddi müharibəyə hazırlaşır”backend

Rusiya səfiri: “NATO bizimlə ciddi müharibəyə hazırlaşır”

“Vaşinqtonda keçiriləcək NATO sammiti Rusiya ilə əvvəllər müəyyən edilmiş qarşıdurma kursunu davam etdirəcək və alyansın Ukraynadakı böhranı gücləndirmək öhdəliyini vurğulayacaq”.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın Belçikadakı səfiri Aleksandr Tokovinin bildirib.

“Ölkəmizi öz təhlükəsizliyinə ən mühüm və birbaşa təhdid elan edən alyans dövlətləri Rusiya sərhədləri yaxınlığında mövcudluğunu artırır, hərbi xərcləri şişirdir, hərbi sənayenin istehsalını sürətləndirir. Artıq açıq mətndə deyilir ki, NATO Avropada böyük müharibəyə hazırlaşır”.

Diplomatın sözlərinə görə, gələcək sammitdə çox güman ki, müdafiə xərclərinin artırılması məsələsi və Rusiyanın Ukraynada qazanmaması lazım olan mantra müzakirə olunacaq.

Qeyd edək ki, Avstriyanın paytaxtı Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirmişdi ki, NATO-nun Rusiyaya qarşı siyasəti Avropada vəziyyətin pisləşməsinə gətirib çıxaracaq.

Qavrilov həmçinin əlavə etmişdi ki, bu gün Rusiya-NATO münasibətləri kəskin təhlükəli xarakter alıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*