Rusiya səfiri Qazaxıstan XİN-ə ÇAĞIRILACAQbackend

Rusiya səfiri Qazaxıstan XİN-ə ÇAĞIRILACAQ

Bu gün Rusiyanın Astanadakı səfiri Aleksey Borodavkin Qazaxıstan XİN-ə çağırılacaq.

KONKRET.az “Zakon.kz”a istinadən xəbər verir ki, bu barədə  Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

Onun sözlərinə görə, Rusiya səfiri danışıqlar üçün Qazaxıstan Xarici İşlər Nazirliyinə çağırılacaq.

Bundan əvvəl o, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ukrayna səfirinin ölkədən çıxarılması ilə bağlı bəyanatını şərh edib.

Smadiyarov bildirib ki, onun bəyanatlarının tonu Qazaxıstan və Rusiya arasında müttəfiqlik münasibətlərinin xarakterinə ziddir.

Qeyd edək ki, oktyabrın 4-də Ukraynanın Qazaxıstandakı səfiri Petro Vrublyovski yenidən Astanaya qayıtdıqdan sonra rəsmi Moskva Qazaxıstanın Rusiyadakı səfirini XİN-ə çağırıb.

Rusiya tərəfi diplomatın avqustun 21-də qazaxıstanlı bloqerə müsahibəsində verdiyi açıqlamalarla əlaqədar dərhal ölkədən çıxarılmasını tələb edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*