Rusiya səfiri yenə Petrosyanın şəxsi malikanəsinə getdibackend

Rusiya səfiri yenə Petrosyanın şəxsi malikanəsinə getdi

Ermənistanın birinci prezidenti, hazırkı baş nazir N.Paşinyanın ideoloji atası sayılan Levon Ter-Petrosyan Rusiyanın işğalçı ölkədəki səfiri Sergey Kopırkini növbəti dəfə öz şəxsi malikanəsində qəbul edib.

KONKRET.az moderator.az-a istinadən xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, bu haqda özünün Fesybuk səhifəsində L.Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan yazıb.

Saat yarıma yaxın davam edən görüşdə Ermənistan-Rusiya münasibətlərinin inkişafı, regional təhlükəsizlik, o cümlədən son Qarabağ savaşı zamanı əsir düşmüş erməni hərbçilərin qaytarılması və s. məsələlərin müzakirə edildiyi bildirilir.

Xatırladaq ki, eyni zamanda Ermənistan Milli Konqresi partiyasının lideri olan L.Ter-Petrosyan Azərbaycanın son müzəffər savaşından az öncə – 2020-ci il sentyabrın 9-da və Şuşanın azad edilməsi ilə həmin savaş dayandırıldıqdan 2 gün sonra – noyabrın 12-də də işğalçı ölkənin müttəfiqi olan Rusiyanın səfirini öz evində qəbul edərək məzmunu tam açıqlanmayan müzakirələr aparıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*