Rusiya səfirliyi Almaniyadakı “abidələrə hücum”la bağlı NOTA GÖNDƏRDİ – VİDEObackend

Rusiya səfirliyi Almaniyadakı "abidələrə hücum"la bağlı NOTA GÖNDƏRDİ - VİDEO

Rusiya səfirliyi Almaniya Xarici İşlər Nazirliyinə nota göndərib.

KONKRET.az xəbər verir ki, Rusiyanın Almaniyadakı səfirliyi Almaniya Xarici İşlər Nazirliyinə nota göndərərək, ölkə ərazisində yerləşən memorialların təhqir olunmasının yolverilməzliyini qeyd edib və Berlindən abidəni təhqir edənlərin tapılaraq cəzalandırılmasını tələb edib.

Göstərilir ki, bu il martın 30-na keçən gecə naməlum şəxslər Berlinin Tierqarten rayonunda memarlıq ansamblına daxil olan sovet tanklarını Ukrayna bayrağı ilə örtüblər.

“Diplomatik departament Almaniya Xarici İşlər Nazirliyinə nota göndərərək, Almaniya ərazisində yerləşən sovet hərbi məzarlarının və xatirə abidələrinin təhqir edilməsinin yolverilməz olduğunu bildirib. Günahkarlar tapılmalı və cəzalandırılmalıdır”, – deyə idarədən əlavə ediblər.

Bundan əvvəl xəbər verilmişdi ki, Riqada naməlum vandallar əsgər-azadedicilərin abidəsinin üzərinə sarı və mavi boya töküblər. Abidənin şəklini Seymin deputatı Janis Dombrava Twitter-də dərc edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*