“Rusiya öz imkanlarının son həddinə çatıb. Putinin qüvvələrinin işi çətinləşib”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikiri Britaniya Kral Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Edvard Strinqer səsləndirib. O bildirib ki, Ukraynada üç həftədən az davam edən döyüşlərdə üç rus generalının məhv edilməsi Putin qüvvələrinin işinin çətin olduğunu deməyə əsas verir: “Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müdaxiləsində nəsə səhvdir. Çünki, bu fiqurların (generalların) ölümü Rusiya üçün yaxşı heç nə vəd etmir”- deyə Edvard Strinqer vurğulayıb.
“Məlumdur ki, 41-ci Ordudan zabitlər Vitali Gerasimov, Rusiya Hava Desant Qüvvələrindən Andrey Suxovetski və Andrey Kolesnikov Ukrayna Silahlı Qüvvələri tərəfindən öldürülüb. Generalların adətən cəbhə xəttinə yaxınlaşmadığı və döyüşü kənardan idarə etdiyi məlumdur. Əgər bu üç general döyüşdə birbaşa işirak edibsə, demək Rusiya ordusunda vəziyyət çox pisdir. Bu, Rusiyanın Ukraynada imkanlarının məhdud olduğu anlamına gəlir. Əgər sizin üç generalınızın məhv edilməsi fonunda, cəmi 500 əsgər itirdiyinizi iddia edirsinizsə, bu o deməkdir ki, hərbi baxımdan münasibətlər yerində deyil” – Strinqer bildirib.
O əlavə edib ki, Rusiya hər gün ən azı 588 hərbçisini itirir. Qərb kəşfiyyatı bildirir ki, Rusiya Ukraynanın şiddətli müqaviməti ilə geri çəkilib və bu, onun ordusunda Almaniyadan daha çox tank itirməsinə səbəb olub. Ehtimal olunur ki, Ukraynadakı hərbi əməliyyatlar səhnəsində rusların 20-yə yaxın general-mayoru var.
Müşviq Tofiqoğlu,
KONKRET.az
