“Rusiya təhlükəsinə qarşı bölgəyə 800 əsgər göndərməyə hazırıq” – Danimarkabackend

"Rusiya təhlükəsinə qarşı bölgəyə 800 əsgər göndərməyə hazırıq" - Danimarka

“Bölgədəki Rusiya təhlükəsinə qarşı NATO-ya 800 əsgər göndərməyə hazırıq”.

KONKRET.az xarici mediya istinadən xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen keçirdiyi mətbuat konfransında deyib.

Frederiksen batalyonun hazır vəziyyətdə olduğunu və göndərilməsi üçün NATO-dan rəsmi tələbin vacib olduğunu bildirib:

“Biz sahədə böyük ölçüdə yer alırıq, daha çox şey etməyə hazırıq”.

Açıqlama Volodimir Zelenskinin dünən Danimarka parlamentindəki çıxışından sonra verilib.

Xatırladaq ki, Danimarka bir sıra Avropa ölkələri kimi müharibədə Ukraynanı silahla təmin edib. Estoniya və Litvada 200 hərbi qulluqçu və döyüş təyyarəsi yerləşdirib.

İqbal Rzayev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*