Rusiya Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Haseke vilayətinə hərbi polis bölmələri göndərib.
KONKRET.az bu barədə RİA “Novosti”yə istinadən xəbər verir.
Qeyd olunub ki, hərbi polis müşahidə məntəqələrinin mühafizəsini gücləndirəcək.
Ümumilikdə müşahidə məntəqələrinə 300-ə yaxın əlavə hərbi qulluqçu yerləşdiriləcək.
Qeyd edək ki, Rusiya və Türkiyə hərbçiləri Suriyanın şimal-şərqindəki Haseke əyalətində birgə patrul xidməti həyata keçirirlər. Patrul marşrutlarını Rusiya və Türkiyə tərəfləri birgə tərtib edirlər. Hərbi mütəxəssislərin qarşılıqlı əlaqəsi tərcüməçilərin köməyi ilə həyata keçirilir.
