“Rusiya-Ukrayna danışıqları bu gün davam edəcək” – KREMLbackend

"Rusiya-Ukrayna danışıqları bu gün davam edəcək" - KREML

Rusiya və Ukrayna nümayəndələrinin danışıqları gün ərzində davam edəcək.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Danışıqlar bu gün davam etməlidir. İndi danışıqların gedib-getmədiyini bilmirəm, amma bu gün bu, ya digər istiqamətdə danışıqlar getməlidir”, – o əlavə edib.

Peskov Rusiya nümayəndə heyətinin bütün sutka ərzində danışıqlara hazır olduğunu bəyan edib.

“Təəssüf ki, analoji həvəsi Ukrayna tərəfdə görmürük”, – Kremlin sözçüsü qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*