Ukrayna nümayəndə heyətinin üzvləri Rusiya ilə danışıqlarda iştirak etmək üçün İstanbula gəliblər.
KONKRET.az xəbər verir ki, TRT telekanalının məlumatına görə, nümayəndə heyətinin olduğu təyyarə Atatürk Hava Limanına çatıb.
21:03
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar İstanbulda Dolmabağça sarayında keçiriləcək.
KONKRET.az bildirir ki, danışıqlar çərşənbə axşamı Moskva vaxtı ilə saat 10:30-da başlayacaq, görüş mətbuata qapalı olacaq.
17:27
Ukrayna tərəfi ilə danışıqlar aparacaq Rusiya nümayəndə heyəti hazırda İstanbuldadır.
KONKRET.az bu barədə NTV-yə istinadən xəbər verir.
Putinin sözçüsü Dmitri Peskov danışıqlarla bağlı açıqlama verib.
O bildirib ki, Rusiya ilə Ukrayna arasında danışıqlar sabah başlayacaq.
***
14:56
Ukrayna-Rusiya nümayəndələrinin İstanbuldakı görüşü sabaha ertələnib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna heyətinin nümayəndəsi David Araxamiya məlumat verib.
D.Araxamiya ertələnmənin səbəbinin Türkiyəyə çatmağın gec olacağı ilə əlaqələndirib:
“Biz hələ də yoldayıq, logistik çətinliklərə görə gəlişimiz kifayət qədər gec vaxta gözlənilir. Rusiya nümayəndə heyəti də yarım saat əvvəl yola düşüblər, onlar da təqribən saat 21:00-da çatacaqlar, ona görə qərara gəldik ki, hamı gəlsin, yerləşsin, sabah səhər saat 10-da danışıqlara başlayacağıq”
***
09:36
Ukrayna-Rusiya danışıqlarının növbəti raundu bu gün Türkiyədə keçiriləcək.
KONKRET.az xəbər verir ki, iki ölkənin nümayəndə heyəti İstanbulda yenidən üz-üzə gələcək.
Danışıqların ayın 30-a kimi sürəcəyi açıqlanıb.
Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndə heyətləri sonuncu dəfə martın 21-də videokonfrans formatında görüşüblər.
Vəsilə İbrahim,
KONKRET.az
