“Rusiya Ukrayna ilə müharibəyə imperialist maraqlarına görə başladı” – Olaf Şoltsbackend

"Rusiya Ukrayna ilə müharibəyə imperialist maraqlarına görə başladı" - Olaf Şolts

Almaniya kansleri Olaf Şolts Rusiyanı Ukraynanı ələ keçirməkdə ittiham edib.

KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, Şolts bu barədə partiya iclasında deyib.

O bildirib ki, müharibənin başlanmasının səbəbi Moskvanın imperialist maraqlarıdır.

“Rusiya imperialist maraqları rəhbər tutaraq Ukraynaya hücum etdi. Aqressiv müharibənin məqsədi əraziləri ələ keçirməkdir. Almaniya bunu qəbul etmir”, – kansler vurğulayıb.

Qeyd edək ki, Almaniya müharibənin ilk günündən etibarən Ukraynaya dəstək verir, ölkəyə humanitar və hərbi yardımlar göndərir, Rusiyaya sanksiyalar tətbiq edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*