“Rusiya-Ukrayna müharibəsi iki xalq arasındakı çatları dərinləşdirdi” – Tural İsmayılovbackend

“Rusiya-Ukrayna müharibəsi iki xalq arasındakı çatları dərinləşdirdi” - Tural İsmayılov

Bu gün Rusiya-Ukrayna müharibəsinin 23-cü günüdür. Günlərdir davam edən bu müharibə yüzlərlə insanın ölümünə səbəb olmaqla yanaşı dünya müharibəsinin də ilkin cizgilərini hazırlayır. Danışıqlar davam etsə də tərəflər heç bir razılığa gələ bilmir. Bəs görəsən, bu proseslər nə ilə nəticələnəcək?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Tural İsmayılov cavablandırıb.

O bildirib ki, danışıqların davam etməsi proseslərin xeyrinədir:

“Rusiya-Ukrayna qarşıdurmasında gedən proseslər hər iki tərəf üçün neqativ tendensiya ilə müşahidə olunur. Bu günə kimi Ukrayna Rusiyanın irəli sürdüyü şərtləri qəbul etməyib. Bununla yanaşı, Rusiya Ukraynanın istəklərini yerinə yetirmir. İstənilən halda tərəflər arasında diplomatik kanallar vasitəsilə keçirilən görüşlər Rusiya-Ukrayna münaqişəsinin həllində dönüş yarada bilər. Danışıqların davam etməsi proseslərin xeyrinədir. Lakin bu münaqişədə o qədər dərin geopolitik səbəblər var ki, qısa müddətdə problemin birdəfəlik və kökündən həll olunmasını gözləmək mümkünsüzdür”.

Tural İsmayilov, politoloq

 

Politoloqun fikrincə, Ukrayna və Rusiya XİN rəhbərləri arasındakı görüşlər mütəmadi xarakter almalıdır:

“Hər iki ölkənin liderləri görüşməlidir. Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarını görüşə dəvət edib. Lakin Rusiyanın ortaya qoyduğu mövqe onu göstərir ki, Putin işçi qrupunun hazırladığı hansısa yekun sənədin imzalanmasında iştirak etmək niyyətindədir. Ona görə də bu prosesin may ayının ortalarına qədər davam edəcəyini düşünürəm. May ayından sonlarına doğru tərəflərin müəyyən güzəştlərlə hansısa formada anlaşacağını düşünürəm. Lakin istənilən halda bu müharibə iki xalq arasındakı çatları dərinləşdirdi. Post-müharibə dövründə Ukraynanın dağıdılmış infrastrukturunun bərpası və Rusiya ordusunun bəzi itkilər fonunda mənəvi-psixoloji auranı yenidən kökləməsi müəyyən qədər zaman alacaq”.

Şəbnəm Mehdizadə,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*