“Rusiya Belarusun Ukrayna ilə sərhədində, Qomel vilayətində “İskander-M” Əməliyyat Taktiki Raket Kompleksi quraşdırır”.
KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumatda bildirilib ki, Rusiya bütün səylərini işğal etdiyi əraziləri qoruyub saxlamağa yönəldib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Sakit Okean Donanması və Qərb Hərbi Dairəsindən əlavə hissələrin köçürülməsini davam etdirdiyi və “İskander-M” raketlərinin Belarusun Kalinkoviçi şəhərinə gətirildiyi bildirilmişdi.
Vəsilə İbrahim,
KONKRET.az
