Rusiya Ukraynada 7000-dən çox hərbçisini itirib.
KONKRET.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Pentaqon nümayəndələrinə görə, Rusiya ordusunda 14 mindən 21 minə qədər yaralı var.
Eyni zamanda, New York Times-ın anonim mənbələri onların məlumatlarının qeyri-dəqiq ola biləcəyini qeyd edirlər. Onlar media məlumatları, rəsmi tərəflərin rəqəmləri, peyk şəkilləri və rus qoşunlarının atəşə tutulması videoları əsasında tərtib edilib.
Məlumatlara görə, Rusiya Ukraynadakı üç həftəlik müharibədə ABŞ ordusunun İraq və Əfqanıstanda 20 il ərzində itirdiyi əsgərlərdən daha çox əsgər itirib.
Pentaqon mənbələri bildirir ki, bir bölmə hərbçilərin 10%-ni (yaralılar da daxil olmaqla) itirərsə, döyüş qabiliyyətini itirir. Ukraynaya qarşı müharibədə 150 mindən çox rus hərbçisi iştirak edir. Təxminən 14.000-21.000 yaralı daxil olmaqla itkilər bu 10% səviyyəsinə yaxındır.
Xuraman Etibarlı,
KONKRET.az
