Rusiya Ukraynadakı hərbi əməliyyatı tezliklə BAŞA ÇATDIRACAQ” – Lukaşenko + VİDEObackend

Rusiya Ukraynadakı hərbi əməliyyatı tezliklə BAŞA ÇATDIRACAQ" - Lukaşenko + VİDEO

Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı tezliklə başa çatacaq.

KONKRET.az xəbər verir ki, belə bir proqnozu Belarus Prezidenti Lukaşenko Yaponiyanın TBS telekanalına müsahibəsində deyib.

“Mən əminəm ki, bu münaqişə – Rusiyanın əməliyyatı yaxın gələcəkdə sülh yolu ilə başa çatacaq”, – deyə Lukaşenko bildirib.

Belarus Prezidenti Rusiyanın uduzmayacağını hesab edir.

“Rusiya Ukrayna ilə münaqişədə uduzmayacaq və Moskva Kiyevə müqavilənin tamamilə məqbul variantını təklif edir, elə bu gün də  razılığa gəlmək mümkündür”, – deyə Lukaşenko vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*