“İstanbulda səslənən təkliflərə hələ cavab almamışıq. Rusiya rəsmiləri tərəfindən səsləndirilən müəyyən fikirlər var, lakin biz Rusiyadan tam rəsmi cavab gözləyirik”.
KONKRET.az “Pravda”ya istinadən xəbər verir ki, bunu Dmitro Kuleba bildirib.
Nazir bildirib ki, bu cavabdan sonra məlum olacaq ki, Putin hələ də ultimatum dili ilə danışır, yoxsa Rusiya məsələnin həlli üçün səy göstərir.
Qeyd edək ki, 29 martda İstanbulda keçirilən danışıqlardan sonra Ukrayna nümayəndəsi Aleksandr Çalı izah edib ki, Ukrayna NATO ölkələri kimi Qərbdən də təhlükəsizlik zəmanəti istəyir. “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri, Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya isə bildirib ki, Ukrayna İstanbulda keçirilən danışıqlarda təhlükəsizlik zəmanətləri barədə yeni beynəlxalq müqavilənin imzalanması təklifi ilə çıxış edib.
Vəsilə İbrahim,
KONKRET.az