“Sergey Lavrovla ukraynalı həmkarı Dmitro Kulebanın görüşünə hazırlıq görülür”.
KONKRET.az xəbər verir ki, bunu “A Haber”ə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
M.Çavuşoğlu görüşün dəqiq vatını açıqlamayıb, lakin yaxın bir-iki həftə ərzində baş tutacağını qeyd edib.
Xatırladaq ki, Rusiya-Ukrayna nümayəndələrinin son görüşü martın 29-da İstanbulda keçirilib. Tərəflər görüş nəticəsində müəyyən razılığa gəliblər.
Vəsilə İbrahim,
KONKRET.az
