Rusiya vətəndaşının erməni terroruna qurban getməsi göstərir ki… – Politoloqbackend

Rusiya vətəndaşının erməni terroruna qurban getməsi göstərir ki... – Politoloq

Dünya artıq ermənilərin bu hərəkətlərinə lazımi qiymət verməlidir. Yəni onlar dinc, mülki əhalini hədəfə alarkən sanki yalnız azərbaycanlıları qıracaqlarını güman edirlər. Amma bu monoetnik ölkə başa düşmür ki, Azərbaycan polietnik ölkədir. Burada 30-dan artıq xalqın nümayəndəsi yaşayır və ölkədə multikultural, tolerant mühit hökm sürür.

KONKRET.az xəbər verir ki, bunuTeleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, məhz bu mühitin nəticəsidir ki, ermənilər Gəncə şəhərinə raket zərbələri endirərkən burada həm də qohumlarının yanına qonaq gələn milliyyətcə rus olan bir yeniyetmənin də həlak olmasına səbəb olublar:

“Bu yeniyetmə Rusiya Federasiyasının vətəndaşı olan günahsız, dinc sakindir. Rus xalqına mənsubdur. Bununla bağlı Rusiyanın Azərbaycandakı səfirliyinin yaydığı açıqlama həlak olan vətəndaşına diqqətinin nümunəsidir. Bəyanatda həlak olan Rusiya vətəndaşının yaxınlarına və qohumlaırna başsağlığı verilib”.

Qabil Hüseynli qeyd edib ki, bundan əvvəlki raket zərbələri zamanı isə Gəncədəki ən böyük rus provoslav kilsəsinə – Nevski kilsəsinə xəsarət yetirilmişdi: “Bütün bunlar göstərir ki, ermənilər üçün milli mənsubiyyət hissi yoxdur. Hətta dini mənsubiyyət hissi də o qədər əhəmiyyətə malik deyil. Bu səbəbdən də onlar insanları hədəfə alarkən onların nə dini, nə də milli mənsubiyyətinə əhəmiyyət verirlər. Təki özlərinin terrorçu, faşist niyyətləri həyata keçsin”.

Qabil Hüseynli hesab edir ki, Gəncə olayları bütün dünyaya bir ibrət dərsi olmalıdır:

“Ermənistan rəhbərliyi artıq əndazəni aşıb, öz qabına sığmır. Ona görə də Azərbaycanın apardığı hərbi əməliyyatlar həm də erməni xalqı içində faşist ideologiyasına susayanları və həm də onların təbliğatı nəticəsində işğal edilmiş Azərbaycan torpaqlarını azad edir”.


Müəllif: Səxavət Həmid

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*