“Rusiya yenidən Kiyevə  hücum edəcək” – Generaldan XƏBƏRDARLIQbackend

"Rusiya yenidən Kiyevə hücum edəcək" - Generaldan XƏBƏRDARLIQ

“Rusiya qoşunları Donetsk və Luqansk vilayətlərinə nəzarəti ələ keçirdikdən sonra Kiyevə hücum edə bilər”.

KONKRET.az UNIAN-a istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının Baş Qərargah rəisinin müavini, general Aleksandr Qruzeviç səsləndirib.

“Vəziyyət gərgin olaraq qalır. Düşmən istiqamətini dəyişib və yaxın gələcəkdə Donetsk və Luqansk vilayətlərini nəzarətə götürməyə çalışacaq, bundan sonra paytaxta ikinci hücum gözlənilir”, – deyə Qruzeviç bildirib.

Generalın sözlərinə görə, hazırda Kiyev ətrafında xürici müdafiəni gücləndirmək üçün tədbirlər görülür.

Günel Mikayıl,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*