Rusiyada 100 dildə plagiat axtarış sistemi YARADILDIbackend

Rusiyada 100 dildə plagiat axtarış sistemi YARADILDI

Rusiyada plagiat axtarış sistemi yaradılıb.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Milli Texnologiya Təşəbbüsü Layihələrinə Dəstək Fondunun (NTİ Fondu) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, antiplagiat sistemi 100 dildə elmi məqalələrdə, ədəbi əsərlərdə və sənədlərdə mətn uyğunluqlarını tapa biləcək.

Belə ki, neyroanaliz və süni intellekt texnologiyalarının köməyi ilə sistem sənədin strukturunu müəyyənləşdirə bilir.

Məlumata görə, sistemə MDB ölkələrində böyük tələbat var.

Qeyd olunub ki, hazırlanmış proqram təminatı dil məhdudiyyətlərini aradan qaldırdığı üçün Hindistan, Türkiyə, Yaxın Şərq ölkələri və Latın Amerikasında tətbiq olunmaq üçün kommersiya potensialına malikdir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*