Rusiyada azərbaycanlıları şoka salan hadisə baş verdibackend

Rusiyada azərbaycanlıları şoka salan hadisə baş verdi

Rusiyanın Krasnoyarsk şəhərində azərbaycanlıların toy şənliyində qeyri-adi oğurluq hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, əslən Azərbaycanın Oğuz rayonundan olan ailənin şəhərin ən yaxşı şadlıq saraylarından biri olan “Korona” sarayında təşkil etdiyi toy mərasiminin sonuna yaxın pul qutusu qaçırılıb.

Pul qutusunu toy sahibinin yaxın qohumları götürərək aradan çıxıb. Toyun sonuna yaxın orada olanlar əvvəlcədən bunun fərqinə varmasalar da, sonradan qutunun yerində olmadığını görüblər. Hadisə mərasimin qanqaraçılıqla başa çatması ilə nəticələnib.

Məlumatda o da bildirilir ki, qutuda təxminən 10 min dollara qədər pul yığılıb. Krasnoyarsk şəhərində yaşayan azərbaycanlılar bu hadisədən şoka düşüblər.

Artıq şəhərin adlı-sanlı  azərbaycanlıları toy şənliklərində pul qutularının xüsusi mühafizə altında saxlanılması üçün təklifləri müzakirə edirlər.

Hadisə polis tərəfindən araşdırılır.

Qeyd edək ki, toy mərasimi noyabrın 3-də keçirilib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*