Rusiyada bir gecədə səviyyəsi qalxan çayda qayıq batdı – VİDEObackend

Rusiyada bir gecədə səviyyəsi qalxan çayda qayıq batdı - VİDEO

Rusiyanın daşqınların əsarətində olan Orenburq şəhərində Ural çayının səviyyəsi 81 sm artaraq 978-ə yüksəlib (930 sm səviyyəsi təhlükəli sayılır).

KONKRET.az xəbər verir ki, Ekspertlər vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırırlar.

Gecə saatlarında sel suları Orenburqda 300-dən çox evi basıb. Sakinlər xilasedicilər tərəfindən təhlükəsiz ərazilərə aparılıblar.

Su yüksəlməkdə davam edir, yaxın 24 saat ərzində hidroloqlar çayın səviyyəsinin daha 30-70 santimetr artacağını proqnozlaşdırırlar.

Sosial şəbəkələrdə təbii fəlakətin nəticələri ilə bağlı çoxlu görüntülər yayılıb. Kadrların birində batan qayıqdan insanların xilas anı əks olunub. (Oxu.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*